Braziliyalı keçmiş futbolçu Pele kimya terapiyası keçmək üçün xəstəxanaya yerləşdirilib.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki, 82 yaşlı sabiq hücumçu bu məqsədlə San-Pauludakı Albert Eynşteyn xəstəxanasına yollanıb. Söhbət planlı müalicədən gedir. Müayinədə məqsəd veteran oyunçunun onkoloji vəziyyəti barədə informasiya almaqdan ibarətdir.

Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.