Türkiyəli məşhur müğənni Hadisəyə zəngin iş adamı, sevgilisi Mehmet Dinçerler evlilik təklif edib.

"Unikal" xəbər verir ki, "hə" cavabı verən Hadisə həmin anın görüntülərini sosial şəbəkədə paylaşıb. O, şərh bölümünə "Bölümümüz indi başlayır" sözlərini yazıb. 

Ən diqqət çəkən məqamlardan biri də  Hadisənin üzüyü  olub.  Belə  ki, Mehmetin Hadisəyə evlilik təklif etdiyi brilliant qaşlı üzüyün dəyəri 3.133.280 lirədir (təxminən 396 467 manat).

Qeyd edək ki, Mehmet Dinçer "Gloria Jean's Coffees"in sahibidir.