İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda 4,3 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, zəlzələ xüsusilə Vibonese bölgəsində hiss edilib, episentri Vibo Valentia bölgəsi olub. Zəlzələ regionun geniş ərazisində hiss olunub. Bir çox məktəb və ofislər boşaldılıb. Dəmir yolunda hərəkət dayandırılıb.

Milli Geofizika İnstitutunun məlumatına görə, zəlzələnin dərinliyi 10 kilometr olub.

Hələlik dağıntılar barədə məlumat yoxdur.