"Bu gün Azərbaycan xalqı özünün həm qanlı, həm də qəhrəmanlıq tarixinin bir gününü - 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd edir".

"Unikal" xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya deyib. Onun sözlərinə görə, gürcü xalqı 1989-cu il aprelin 9-da, Azərbaycan xalqı isə 1990-cı il yanvarın 20-də çox çətin, həm də şanlı bir gün yaşadı.

"Həmin günlər bizim tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Biz bu qəhrəmanlarımızı unutmayacağıq".

Gürcüstan və Azərbaycanın bu gün də eyni tarixi yaşadıqlarını vurğulayan nazir müavini qeyd edib ki, Gürcüstan və Azərbaycan regionda çətin çağırışlarla üz-üzədir:

"Lakin biz birgə əməkdaşlıq sayəsində bölgədə sabitliyə nail olacağıq. Strateji tərəfdaş olan ölkələrimiz sülh və əmin-amanlıq içində yaşayacaq”.