Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. Məlumata görə, işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir.

Bu barədə "Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir.

İstintaq Komitəsi həmçinin qeyd edib ki, müharibə vaxtı 200-ə yaxın hərbçi itkin düşüb. 

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərə çatıb.