İngiltərəli veteran futbolçu Ceymi Vinsent vəfat edib.

"Unikal" xəbər verir ki, keçmiş müdafiəçi 47 yaşında dünyasını dəyişib.

Oyunçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ceymi Vinsent karyerası ərzində yalnız İngiltərə klublarının formalarını geyinib. O, müxtəlif vaxtlarda "Kristal Pelas", "Bornmut", "Portsmut" və "Derbi" kimi komandalarda çıxış edib.