ABŞ Dövlət Katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş baş tuta bilər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova məlumat verib.

O qeyd edib ki, hazırda görüş üçün aktiv hazırlıq gedir.

Xatırladaq ki, bu gün Blinken və Lavrov arasında telefon danışığı baş tutub. Onlar Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.