İranda Kərəc-Çalus avtomobil yolunda qar uçqunu baş verib.

"Unikal" IRNA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Ölən və yaralananların yolun tikintisində iştirak edən fəhlələr olduğu bildirilir.

Polis və fövqəladə hallar xidmətinin əməkdaşlarının müdaxiləsi nəticəsində xeyli insan xilas edilib.