Nyu-Yorkda yaşayış binasında baş verən güclü yanğın nəticəsində 19 nəfər həlak olub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, ölənlərdən 9-u uşaqdır.

***23:44

ABŞ-ın Nyu-York şəhərində yerləşən yaşayış binasında güclü yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 54 nəfər xəsarət alıb.

Onlardan 31 nəfəri ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Binanın 3-cü mərtəbəsindən başlanan alov 19-cu mərtəbəyədək qalxıb.

Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib.