Əməkdar artist Novruz Qartal Gəncədə dəfn edilib.

11:32

xxx

Gəncədə əməkdar artist Novruz Qartalla vida mərasimi başlayıb.

"Unikal"-ın məlumatına görə, vida mərasimində artistin ailə üzvləri, sənət yoldaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Dram Teatrı kollektivi və şəhər ictimayyəti iştirak edir. Vida mərasimindən sonra əməkdar artist  İmamzadə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək Novruz Qartal ötən gün axşam saatlarında  uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tural Əhmədov