Azərbaycanda Vətən müharibəsi iştirakçısı dəm qazından boğularaq ölüb. 

"Unikal"ın məlumatına görə, Zaqatala rayonu, Əliabad qəsəbə sakini Məhərrəm Muxtarov Bakı şəhərində kirayədə qaldığı evdə dəm qazından zəhərlənərək vəfat edib. 

M.Muxtarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, müharibədən qayıtdıqdan sonra Bakı şəhərində fəhləliklə məşğul olub. (lent.az)