Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Almatıda yaxalanıb. 

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, o, bir neçə saat əvvəl hüquq-mühafizə  orqanları  tərəfindən saxlanılıb. 

Qeyd edək ki, yanvarın 5-i Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən sözügedən postda idi.