Zaqatalada evdən 18 min manatlıq oğurluq edilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan T.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 3-cü Tala kəndindəki evlərin birindən 500 manat pul, 1 200 ABŞ dolları (2 500manat ) və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.