Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi koronavirusdan sağalıb.

"Unikal" xəbər verir ki, Paris klubunun rəsmi saytından verilən məlumata görə, 35 yaşlı hücumçudan götürülmüş son analizin nəticəsi mənfi çıxıb və o, tezliklə komanda ilə məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, PSJ yanvarın 2-də Lionel Messidə koronavirus aşkarlandığını açıqlayıb.