2022-ci ildə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi vacib istiqamətlərdən hesab olunur.

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hökumət əvvəldən bəyan etdiyi kimi, bu il istehlak bazarında qiymətlərin optimallaşdırılması və süni qiymət artımlarına qarşı mübarizəni əsas prioritetlərdən biri kimi göstərib:

"İstehlak bazarında qiymət dayanıqlığının təmin edilməsi üçün yerli istehsalın gücləndirilməsi olduqca vacibdir. Dünya bazarında qiymət artımları baş verən zaman, daha çox idaxl edən ölkələrdə qiymətlərin artımı müşahidə olunur. Ona görə də, idxalın minimumlaşdırılması və  yerli istehsal hesabına daha çox tələbin ödənilməsinə nail olunması vacibdir. Xüsusən 2022-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində addımların atılacağı gözlənilir. Həm süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi, həm də tələbin yerli istehsal hesabına ödənilməsi bu il əsas prioritetlərdən hesab olunur. Hökumət bu istiqamətdə daha aktiv şəkildə fəaliyyət həyata keçirəcək".

Anar Kəlbiyev