Almatıda aksiya keçirən etirazçılar şəhər meriyasının binasına daxil olublar. 

"Unikal" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.  Bildirilir ki, binanın üzərindən qara tüstü qalxır, atəş səsləri eşidilir. Etirazçılar armatur, dəyənək və qalxanlarla silahlanıb.

Qeyd edək ki, Qazaxıstanda maye qazının qiymətinin iki dəfə artırılması etirazlara səbəb olub. Prezident Kasım-Jomart Tokayev yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bəyan edib. Lakin etirazlar digər şəhərlərə də yayılıb. Tokayev insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. O, yanvarın 5-də səhər saatlarında hökuməti istefaya göndərib.