Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 129 yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 345 255 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 3 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 7989 nəfərə yüksəlib.