ABŞ-da polis zorakılığı nəticəsində dünyasını dəyişən və ölümü ilə bütün dünyada etirazlara başlayan Corc Floydun 4 yaşlı qardaşı oğlu silahla vurularaq yaralanıb.

"Unikal" xəbər verir ki, hadisənin Texas ştatının Hyuston şəhərində baş verib. Belə ki, naməlum şəxslərin silahlı hücumu zamanı evlərinin qarşısında dayana azyaşlı mədəsindən güllə yarası alıb.

O, qısa zamanda xəstəxanaya çatdırılıb. Polis hücumda heç bir şübhəlinin olmadığını bildirərək şahidləri ifadə verməyə çağırıb.

Araşdırmalar aparılır.