Xəbər verdiyimiz kimi, bu gün Astara rayonunun Təngərüd kəndində kişi bacıları tərəfindən baltalanıb.

Məsələ ilə bağlı kəndin icra nümayəndəsi Süleyman Ağacanov "Unikal"a açıqlamasında həmin bacıların psixi problemlərdən əziyyət çəkdiklərini bildirib:

"Onlar ruhi xəstədirlər. Qardaşları İlkin Qəmbərov özünə ayrı bir ev tikmişdi. Qızlar onun evini yandırmaq istəyib. İlkin də buna etiraz edib və nəticədə bacıları tərəfindən baltalanıb".

Murad İbrahimli

***

10:21

Astara rayonunda qardaş bacıları tərəfindən baltalanıb.

"Unikal" xəbər verir ki, rayonun Təngərüd kəndində İlkin Fariz oğlu Qəmbərova bacıları Nadirə və Nargilə tərəfindən balta ilə xəsarətlər yetirilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Qəmbərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Vəziyyəti ağır qiymətləndirilir.

Hələlik hadisənin səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.