İranın İranşəhr şəhərinə qanunsuz miqrantları aparan avtomobil qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilir ki, avtomobilin aşması nəticəsində 8 nəfər ölüb.

Qeyd olunur ki, qəza anında “Peugeot” markalı avtomobildə 24 qeyri-qanuni miqrant olub. 16 nəfər ağır bədən xəsarətləri alsa da, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb.