Ermənistanın baş naziri Nikol Paşinyan bu gün gözlənilmədən Gümrüyə gedib.

"Unikal"  xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. 

Nəşr səfərin media nümayəndələrinin iştirakı olmadan baş tutmasını maraqlı məqam kimi qiymətləndirib.

"Bu gün baş nazir Nikol Paşinyan Gümrüyə səfər edib. Jurnalistlər onun səfərindən xəbərsiz olublar. Şəhərdə ciddi polis nəzarəti var, hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər. Ölkə rəhbərinin səfərinin planlaşdırılmamış, qəfldən baş tutduğu bildirilir", - deyə qeyd olunub.