Fransada son sutkada koronavirusa 67 461 yeni yoluxma faktı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, bir gündə COVID-19-dan 270 nəfər ölüb. Ölkədə koronavirus qurbanlarının ümumi sayı 124 212-yə çatıb.