Ağstafa kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. İlkin məlumata görə, hadisə onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.