Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə o, bugünkü çıxışı zamanı məlumat verib.

Səudiyyə Ərəbistanına ixrac problemləri ilə bağlı məsələyə münasibət bildirən Ərdoğan səfərin fevral ayında baş tutacağını bildirib.

Qeyd edək ki, son illərdə iki ölkə arasında qeyri-sabit münasibətlərə görə Türkiyədən Səudiyyə Ərəbistanına ixrac kəskin şəkildə azalıb.