Şəmkirdə intihar hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə Şeyidlər kəndində qeydə alınıb. Belə ki  T. Alıyeva yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov