Neftçalada avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına xəbər verir ki, Neftçala şəhərində ümumi sahəsi 108 m² olan avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin salon hissəsi yanıb.
Yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü 7 m² sahədə dağılıb. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.