İranda ötən sutka ərzində 22 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 702 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1677 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 198 590 nəfərə çatıb. Qeyd edək ki, İranda 666 gündən sonra koronavirusdan ölənlərin sayı 25 nəfərdən aşağı düşüb.