Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 29 yoluxma halı qeydə alınıb.

"Unikal"ın "Sputnik Armenia"-ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 345036 -ya çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 6 ölüm halı qeydə alınıb bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7983 nəfərə çatıb.