Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.