Yeni il gecəsi Rusiyanın paytaxtı Moskvada miqrantlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dava Özbəkistan və Qırğızıstandan olan miqrantlar arasında baş verib.

Dava zamanı bir neçə nəfər ağır bıçaq xəsarətləri alıb, onlardan ikisi Özbəkistan, biri isə Qırğızıstan vətəndaşıdır.