Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.