Türkiyə Silahlı Qüvvələri “Pinar çeşməsi”, “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatları zonalarında 6 terrorçunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PKK/YPG terrorçuları Suriyanın şimalında bu əməliyyatların keçirildiyi zonalara daxil olmağa cəhd ediblər.

Türkiyə Silahlı Qüvvələri terrora və terrorçulara qarşı mübarizəni davam etdirir.