Rusiyanın Ryazan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avtobusun dəmir yolu körpüsünün dayağına çırpılması nəticəsində 5 nəfər ölüb, ikisi azyaşlı olmaqla 16 nəfər isə yaralanıb. 

Ümumilikdə avtobusda 52 nəfər olub.