Türkiyədə baş verən zəncirvari yol qəzasında 16 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Ankarada qeydə alınıb. Yeniməhəllə rayonunda avtobus zəncirvari qəzaya səbəb olub. Bildirilib ki, avtobus qarşı zolağa keçərək digər avtomobilin üzərinə aşıb. Avtobus habelə digər nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.