Dekabrın 31-də saat 16:00 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin zirzəmisində taplıb. 

DİN-dən "Unikal"a verilən məlumata görə, münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov Ş.Balayevi qətlə yetirib. A.Nəcəfov tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.