2022-ci ildə doğulan ilk körpə Gəncə şəhərində dünyaya gəlib.

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən "Unikal"a verilən məlumata görə, ilin ilk körpəsi oğlandır.

Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir, ana Bərdə rayonunun Qarağacı kəndindəndir.

Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.