Bakıda yanğın zamanı 2 nəfər zəhərlənib, sakinlər təxliyə olunub.

Bu barədə  "Unikal" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağının tavanı 15 m² sahədə qarsalanıb. Həmçinin binanın üçüncü və dördüncü mərtəbələrində hər birinin ümumi sahəsi 50 m² olan iki mənzilin otaqlarının pəncərə çərçivələri 6 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.