İngiltərənin “Tottenhem” klubunun əsas qapıçısı Uqo Lloris mövsümün sonunda klubu tərk edəcək.

"Unikal" xəbər verir ki, 35 yaşlı qolkiper karyerasını Fransada davam etdirmək istəyir. 

Llorislə “Nitsa” klubu yaxından maraqlanır. 

Qeyd edək ki, Lloris 2012-ci ildən “Tottenhem”də çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.