Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində mübahisə zəminində boynundan və döş qəfəsindən bıçaqlanan 1985-ci il təvəllüdlü Ağacanov Elgün Ağacan oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.