Kristiano Ronaldonun Hindistanın Qoa əyalətində yeni ucaldılan heykəli qarşıdurmalara səbəb olub.

"Unikal" xəbər verir ki, tədbir zamanı bir qrup etirazçı qara bayraq dalğalandırıb.

Qoa əyalətində futbolu sevdirmək və gənclərdə bu idman növünə həvəs artırmaq məqsədilə ucaldılan heykəlin açılış mərasimi keçirilib.

Vaxtilə Portuqaliyanın müstəmləkəsi olan bu bölgədə Ronaldo çox sevilir. Aksiyanın səbəbi də bəlli olub. Etirazçılar Qoada Portuqaliyanın müstəmləkəçiliyindən ayrılmasının 60-cı ildönümü zamanı bu heykəlin qoyulmasını təhqir hesab ediblər.

Qeyd edək ki, pandemiya səbəbindən açılışının 3 ildir ki təxirə salındığı bildirilib.