Məşhur amerikalı aktyor və siyasətçi, Hollivud ulduzu Arnold Şvartseneger 10 il davam edən məhkəmə proseslərindən sonra həyat yoldaşı Mariya Şrayverdən rəsmən boşanıb.

"Unikal" xəbər verir ki, məhkəmənin belə uzun sürməsi əmlak bölgüsü ilə bağlı mübahisələrin həllinin çətinliyi ilə bağlı olub.

Xarici  KİV-lərdə yer  alan xəbərlərə görə,  məhkəmə prosesi təxminən 400 milyon dolları əhatə edib. Nəticədə əmlak demək olar ki, yarıya bölünüb.

Qeyd edək ki, cütlüyün dörd övladı var.