Dekabrın 23-də gecə saat 01:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında insident baş verib, xəsarət alanlar var.

"Unikal" erməni sosial şəbəkələrinə istinadən xəbər verir ki, Xocavənd ərazisindəki mənbələr bu barədə məlumat yayıb. Qeyd olunub ki, Yemişcan yaşayış məntəqəsi istiqamətində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşən Ermənistan əsilli “könüllülərlə”, qarabağlı ermənilər arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. İnsident zamanl küt və kəsici alətlərdən aldığı zərbələr nəticəsində qanunsuz silahlı dəstənin üzvləri Qor Akopyan və Samvel Minasyan ağır bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb.

Məlumatda o da bildirilib ki, son vaxtlar narkotik maddə və spirtli içkilər qəbul etmə, qumar oynamaq kimi vərdişlərə aludə olan qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında belə münaqişələrin sayı xeyli çoxalıb.

Anar Kəlbiyev

***

12:45

Xankəndindən olan 5 erməni Xocavənd rayonunda yaşayan ermənini qaçıraraq döyüblər.

"Unikal" xəbər verir ki, zərərçəkən öldürülməklə hədələnib.

Faktla bağlı araşdırma aparılır.