“Şalke” “Qalatasaray”ın istədiyi kimi gəlir

Sabah “Çempionlar Liqası ”1/8 final mərhələsində “Qalatasaray” “Şalke” görüşü keçiriləcək.

Almanlar İstanbula əsas heyətin 8 oyunçusu olmadan gəlirlər. Belə ki, İbrahim Afelay , Kristof Morits, Uçida, Kiriakos Papadopulos, Çiprian Marika, Lars Unnerstall sabah “Qalatasaray”a qarşı forma geyinə bilməyəcəklər. Hələ bu azmış kimi, “Şalke”nin əsas qol silahı sayılan Klas Yan Huntelar gözündə olan problemlərə görə oynamaya bilər.

“Qalatasaray” rəqibin optimal olmayan heyətinə “Türk Telekom Arenada” rahatlıqla qalib gəlib, cavab oyunu üçün münasib nəticə əldə edə bilər.
Sabah nəfəslər tutulacaq