"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Mask son malikanəsini sataraq evsiz qalıb.

"Unikal"  xarici mətbuata istinadən xəbər verir ki, milyarder Kaliforniya ştatında 19 hektar ərazidə yerləşən malikanəsini 30 milyon dollara satıb.

Qeyd edək ki, Mask 2017-ci ildə bu əmlakı 23,4 milyon dollara almışdı. O, bir müddət əvvəl digər mülklərini satmasıyla da gündəmə gəlmişdi. Hazırda varidatı 300 milyard dolları keçən Mask açıqlamasında Yer kürəsindəki əmlaklara ehtiyac duymadığını, Marsdakı həyatın ona daha maraqlı olduğunu bildirmişdi.