İkinci Qarabağ müharibəsində ölən və  itkin düşən erməni hərbçilərinin ailələri  İrəvanda yeidən etiraz aksiyasına toplaşıblar. 

"Unikal" xəbər verir ki, Baqramyan prospektini bağlayan ailələr Ermənistan hökumətindən övladlarını haqqlarını tələb ediblər. Əraziyə çox sayda polis və canlı qüvvə cəlb olunub. Bildirilir  ki, etirazçılarla polislər arasında qarşdurma yaranıb. 

Nəticədə bir neçə şəxs polis tərəfindən saxlanılıb. İrəvan sakinləri etirazlarını davam etdirirlər.