"İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 696, itkin ailə üzvlərinin 3 və yaralıların 919 müraciəti olmaqla ümumilikdə 1 618 müraciət təmin edilib".

"Unikal" xəbər verir ki, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında Fondun rəhbəri Elvin Hüseynov deyib.

E.Hüseynov qeyd edib ki, Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb.

Anar Kəlbiyev