Banqladeşdə 2019-cu ildə universitet tələbəsini sosial şəbəkədəki paylaşımlarına görə döyərək öldürən 20 nəfər edam cəzasına məhkum edilib.

"Unikal" xəbər  verir  ki, qətldə təqsirli bilinən 5 nəfərə də ömürlük həbs cəzası verilib.

Belə  ki,  7 oktyabr 2019-cu ildə universitetin ikinci kurs tələbəsi Fəhad adlı gənc  Hindistan və Banqladeş arasında imzalanan müqavilə ilə bağlı hökuməti və Baş nazir Şeyx Hasinanı sosial  media  hesabından tənqid edib. 

Onun bu paylaşımlarından sonra Banqladeş Çatra Birliyinin (BCL) üzvü olduğu iddia edilən tələbələr Fəhadı döyüblər.  

Kötük və çubuqlarla döyülən Fəhadın daxili qanaxma nəticəsində həyatını itirib.  Fəhadın qətli ilə bağlı ölkədə etiraz aksiyaları keçirilib.

13 Noyabr 2019-cu ildə Dəkkə məhkəməsi Fəhadın ölümündə təqsirli olan  25  Banqladeş Çatra Birliyinin (BCL) üzvünü həbs edib. Yekun qərardan sonra onlardan 20-si edam cəzasına məhkum edilib.