"Ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib".

"Unikal" xəbər verir ki, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında Fondun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, onlardan 115-si ölkəyə geri qayıdıb. E.Hüseynov əlavə edib ki, hazırda 39 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.

Anar Kəlbiyev