"Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən "YAŞAT" marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız maddi yardıma qoşuldu".

"Unikal" xəbər verir ki, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, marafon yaradılanda tək bir gün üçün 1 milyon manatdan artıq vəsait toplandı və Fonda köçürüldü: 

"Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd Dermaton cərrahi aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilmişdi".

Anar Kəlbiyev