"Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xəttlərindən birini təşkil edir".

"Unikal" xəbər verir ki, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür. 

"Digər tərəfdən isə əmək haqqı fondu 92 faiz artıb. Orta əmək haqqı 40 faiz, median əmək haqqı 75 faiz artıb ki, bu da Azərbaycan siyasətinin fərdi, sosial inkişaf sahəsində gördüyü işlərin nəticəsidir. Nəzərə alsaq ki, hər il 100 mindən çox gənc əmək bazarına daxil olur, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır".

Anar Kəlbiyev